Taleh Qaraşov şəhid Kamran Əliyevin anım günündə məzarını ziyarət edib
Oktyabrın 12-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Aşağı Nüvədi qəsəbə sakini şəhidimiz Əliyev Kamran Rasim oğlunun anım mərasimində iştirak edib. İcra hakimiyyəti aparatının rəsmi şəxslərinin, şəhidin ailə üzvlərinin və qəsəbə sakinlərinin iştirakı ilə şəhid K.Əliyevin məzarı ziyarət olunub. Qəsəbə qəbiristanlığındakı bütün şəhidlərin qəbirləri önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad olunub və ruhlarına dualar edilib. Taleh Qaraşov şəhidin ailə üzvləri ilə yaxından söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb. İcra başçısı bildirib ki, şəhidlərimizin anılması, xatirələrinin əziz tutulması hər bir vətəndaşımızın mənəvi borcudur və dövlət də bu istiqamətdə üzərinə düşən bütün addımları laiqincə atır.
Qeyd edək ki, şəhid K.Əliyev ölümündən sonra cənab Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!