Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid Kamran Əliyevin anım günündə iştirak edib

12 oktyabr 2025 | 11:00

     Oktyabrın 12-də Vətən müharibəsi şəhidi Əliyev Kamran Rasim oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidin Aşağı Nüvədi qəsəbəsindəki qəbrini ziyarət edib, məzarı önünə tər güllər düzü, ruhuna dualar ediblər.

     Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

     Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

     Allah rəhmət eləsin!

 

Keçidlər