Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid İqbal Bayramovun anım günündə məzarını ziyarət edib

05 oktyabr 2023 | 11:06

    Oktyabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Bayramov İqbal Əhmədağa oğlunun məzarını ziyarət ediblər.Anım günündə gerçəkləşən ziyarət zamanı kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

     Qeyd edək ki, mayor İqbal Bayramov hələ sağlığında dövlət başçısı tərəfindən  “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medallarına laiq görülüb. Vətən müharibəsindəki qəhrəmanlığına görə də şəhidimiz Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

    Allah rəhmət eləsin!

 

 

Keçidlər