Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid İmaməli Əhədzadənin anım günündə iştirak edib

29 sentyabr 2025 | 12:32

  Vətən müharibəsi şəhidi Əhədzadə İmaməli Şəvəqqət oğlunun anım günü keçirilib. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidin Şilavar kəndindəki qəbri ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, ruhuna dualar edilib.

  Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

  Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

  Allah rəhmət eləsin!

 

 

 

Keçidlər