Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid İmaməli Əhədzadənin anım günü ilə bağlı məzarını ziyarət edib

29 sentyabr 2022 | 16:01

    Şanlı tariximizə çevrilən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü səfərbər edərək "Dəmir Yumruq" ətrafında birləşməsini bütün dünyaya nümayiş etdirdi. Birlik, iradə və inam “Zəfər”in müjdəsini müharibənin ilk günlərindən vermişdi. Qəhrəman əsgər və zabitlərimizin şücaəti, cəsurluğu, vətənpərvərliyi və əzmi sayəsində xalqın ləyaqəti, milli qüruru bərpa edildi. Qalib xalq kimi vüqarlı, məğrur, başı dik və alnı açıq şəkildə məhz şəhidlərin, qazilərin və müharibə veteranlarının sayəsində azad etdiyimiz torpaqlarda əbədi yaşayacağıq. Qalibiyyətimizi qanları və canları ilə əbədiləşdirən şəhidlərimizin xatirəsinin əziz tutulması hər birimizin mənəvi borcudur. 44 günlük haqq savaşında xalq olaraq göstərdiyimiz birliyi bu gün şəhidlərimizə qarşı diqqət və qayğıda, onların anım mərasimlərində də göstərməyə davam edirik. Birlik rəmzimiz olan şəhidlər Lənkəran rayonunda daim ehtiramla anılır. Sentyabrın 29-da şəhid İmaməli Əhədzadənin anım günü ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhidin  ailə üzvləri və ictimaiyyət nümayəndələri Şiləvar qəbiristanlığındakı şəhidlərimizin məzarlarını ziyarət  ediblər, qəbirləri üzərinə tər çiçəklər düzüblər, ruhlarına dualar ediblər. Şəhidlərimizə hörmət və ehtiramını ifadə edən icra başçısı İ.Əhədzadənin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıb. Qeyd edək ki, İ.Əhədzadə ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

     Allah rəhmət eləsin!

Keçidlər