Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Hüseyn Bəşirzadənin məzarını ziyarət edib

23 oktyabr 2023 | 12:19

   Oktyabrın 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Bəşirzadə Hüseyn Xanhüseyn oğlunun məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı şəhidimizin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb, ruhuna dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

   Qeyd edək ki, şəhid Hüseyn Bəşirzadə ölümündən sonra  Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

   Allah rəhmət eləsin!

Keçidlər