Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Heydər Qənbərzadə, Orxan Quluzadə və Orxan Dadaşlının məzarını ziyarət edib

08 noyabr 2023 | 11:10

     Noyabrın 8-də Vətən müharibəsi şəhidləri Quluzadə Orxan Elxan oğlunun, Qənbərzadə Heydər Ağahüseyn oğlunun və Dadaşlı Orxan Elxan oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Quluzadə Orxan Elxan oğlunun, Qənbərzadə Heydər Ağahüseyn oğlunun və Dadaşlı Orxan Elxan oğlunun məzarını ziyarət ediblər, qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

    Qeyd edək ki, şəhid  O.Quluzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə  “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

   Şəhid O.Dadaşlı ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və  “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.

    Şəhid H.Qənbərzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Allah rəhmət eləsin!

Keçidlər