Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Əmrah Cəfərlinin məzarını ziyarət edib

16 oktyabr 2022 | 14:49

   Şəhidlərin dəfnində, anım günlərində və xatirə gecələrində şəxsən iştirakı özünə mənəvi borc bilən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov oktyabrın 16-da şəhidimiz Cəfərli Əmrah Yusif oğlunun şəhadətə qovuşduğu gündə məzarını ziyarət edib. Anım mərasimində icra aparatının məsul şəxslərinin, şəhid ailələrinin və Şirin su qəsəbəsinin sakinlərinin iştirakı ilə şəhidimizin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar olunub. Şəhid valideynlərinə dəyanətli, dik və vüqarlı duruşları üçün minnətdarlıq edən Taleh Qaraşov onların övladları kimi qəhrəman olduqlarını vurğulayıb. İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, onların dövlətin bilavasitə diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. Taleh Qaraşov bildirib ki, döyüş meydanında bir addım belə geri atmayan qəhrəman övladlarımızın xatirəsinin əziz tutulması Azərbaycan dövləti və xalqı var olduqca daim davam edəcək.

   Qeyd edək ki, ölümü ilə ölümsüzlüyü qazanan Əmrah Cəfərli şəhadətindən sonra dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

      Allah rəhmət eləsin!

Keçidlər