Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid Əmrah Cəfərlinin anım günündə iştirak edib

15 oktyabr 2025 | 14:41

    Oktyabrın 15-da Vətən müharibəsi şəhidi Cəfərli Əmrah Yusif oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidin Şirinsu qəsəbəsindəki qəbrini ziyarət edib, məzarı önünə tər güllər düzüb, ruhuna dualar ediblər.

     Taleh Qaraşov şəhid ailəsinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

     Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

     Allah rəhmət eləsin!

Keçidlər