Taleh Qaraşov şəhid Emil Qurbanov, Baloğlan Əhədli, Valeh Əkbərzadə, Röyal İbrahimov, Şəhriyar Həbibi, Əbdülhəsən Həsənzadə və Taleh İsmayılovun məzarını ziyarət edib
Noyabrın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Qurbanov Emil Vaqif oğlunun, Əkbərzadə Valeh Asim oğlunun, İbrahimov Röyal Qulam oğlunun, Həbibi Şəhriyar Vidadi oğlunun, Həsənzadə Əbdülhəsən Mirzə oğlunun, Əhədli Baloğlan Şakir oğlunun və İsmayılov Taleh Səndəl oğlunun məzarını ziyarət ediblər.
Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, leytenant E.Qurbanov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid B. Əhədli Qurbanov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid V.Əkbərzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallarına laiq görülüb.
Şəhid R.İbrahimov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Ş.Həbibi ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına laiq görülüb.
Şəhid Ə.Həsənzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid T.İsmayılov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medallarına laiq görülüb.
Allah rəhmət eləsin!