Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Elsevər Qardaşzadənin il dönümü mərasimində iştirak edib

22 sentyabr 2024 | 15:16
     Sentyabrın 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri ötən ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhid olan lənkəranlı hərbiçimiz Qardaşzadə Elsevər Rakif oğlunun il dönümü mərasimində iştirak ediblər.
Şəhidimizin Şağlakücə kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, ruhuna dualar oxunub. İcra başçı şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman onların yanlarında olduğunu bir daha vurğulayıb.
    Şəhid ailəsinin üzvləri də öz növbəsində göstərilən həssas yanaşma və diqqətə görə təşəkkür edib, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!
Keçidlər