Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Elnur Talıbov, Əli Mehdizadə və Kənan Axundzadənin anım günündə məzarlarını ziyarət edib

01 noyabr 2023 | 16:59

    Noyabrın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Axundzadə Kənan Hamil oğlunun, Talıbov Elnur Gəgiş oğlunun və Mehdizadə Əli Məcid oğlunun məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

   Qeyd edək ki, Əli Mehdizadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeninə, "Vətən uğrunda", "Şücaətə görə", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Xocavənd azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına laiq görülüb.

    Şəhid Elnur Talıbov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" ,"Xocavəndin azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

    Qeyd edək ki, Kənan Axundzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

   Allah rəhmət eləsin!

Keçidlər