Taleh Qaraşov şəhid Elnur Talıbov, Əli Mehdizadə və Kənan Axundzadənin anım günündə iştirak edib
01 noyabr 2025 | 11:01
Noyabrın 1-də Vətən müharibəsi şəhidləri Talıbov Elnur Gəgiş oğlunun, Mehdizadə Əli Məcid oğlunun və Axundzadə Kənan Hamil oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin “Kiçik Bazar”, Şiləvar və Girdəni kənd qəbiristanlığındakı qəbirlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.
Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Allah rəhmət eləsin!





