Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Elməddin Məmmədlinin qardaşının toy şənliyində iştirak edib

23 fevral 2024 | 11:06

     Fevralın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov şəhid Məmmədli Elməddinin qardaşı Məmmədli Muradın toy şənliyində iştirak edib. İcra başçısı şəhid qardaşının toy şənliyində iştirakı özünə mənəvi borc bilib. Taleh Qaraşov yeni evlənən cütlüyə xoşbəxtlik arzulayıb, şəhidin ailə üzvlərinə xeyir-dua verib.Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışan icra başçısı dövlətin  bütün imkanları ilə hər zaman onların yanında olduğunu ifadə edib.

    Şəhid atası Anar Məmmədov da öz növbəsində göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.Şəhid atası icra başçısını ailə üzvlərindən biri olaraq qəbul etdiklərini, onun hər zaman sevinclərinə və kədərlərinə şərik olduğunu vurğulayıb. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğı və diqqətini hər zaman hiss etdiklərini, bütün müraciətlərinə həssas yanaşıldığını qeyd edən şəhid atası onlara ailəsi adında minnətdarlığını ifadə edib.

      Sonda şəhid ailələri ilə birgə xatirə şəkli çəkdirilib.

      Allah xeyir versin!

 

Keçidlər