Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Elməddin Məmmədli və Ramid Əliyevin anım günündə məzarını ziyarət edib

26 oktyabr 2023 | 16:10

     Oktyabrın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Məmmədli Elməddin Ələddin və Əliyev Ramid Kamal oğlunun məzarlarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

     Şəhid Elməddin Məmmədli ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”  medalları ilə təltif edilib. 

     Qeyd edək ki, Ramid Əliyev ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

     Allah rəhmət eləsin!

Keçidlər