Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Elməddin Məmmədli və Murad Abbasovun məzarını ziyarət edib

24 oktyabr 2023 | 15:53

    Oktyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid Məmmədli Elməddin Anar oğlunun və Abbasov Murad Vasif oğlunun məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

     Qeyd edək ki, şəhid Elməddin Məmmədli ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

   Şəhid Murad Abbasov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

      Allah rəhmət eləsin!

Keçidlər