Taleh Qaraşov şəhid Əhədzadə Xəyalın anım mərasimində iştirak edib
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov sentyabrın 13-də Ermənistan ordusunun təxribatının qarşısını alarkən şəhid olan Əhədzadə Xəyal Əlövsət oğlunun anım mərasimində iştirak edib. Mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, hüquq-mühafizə orqanlarının rəhbər heyəti və ictimaiyyətin nümayəndələri iştirak edib. Şəhidin qəbri ziyarət olunub, məzarı önünə tər güllər düzülüb, ruhuna dualar edilib.
İcra başçısı şəhid atası ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid atası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildirib.
Allah rəhmət eləsin.