Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Əbdülhəsən Həsənzadənin qardaşının toy şənliyində iştirak edib

21 noyabr 2023 | 15:02
   Noyabrın 20-də şəhid Əbdülhəsən Həsənzadənin qardaşı Balasən Həsənovun toy şənliyi keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov icra aparatının kollektivi ilə birgə toy mərasimində iştirak edib. Şəhid ailələrinə diqqət və qayğısı ilə seçilən Lənkəran ŞİH başçısı hər zaman onların yanında olmağı özünə mənəvi borc bilir. Taleh Qaraşov yeni evlənən cütlüyə xoşbəxtlik arzulayıb, şəhidin ailə üzvlərinə xeyir-dua verib. Bildirib ki, dövlət hər zaman var gücü ilə şəhid ailələrinin yanındadır və bu məsələyə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xüsusi diqqət və nəzarət edirlər.
    Şəhid atası Mirzə Həsənov da öz növbəsində icra başçısına diqqət və qayğısına görə minnətdarlığını ifadə edib. Şəhid atası hər zaman dövlətin qayğısını hiss etdiklərini, istənilən məsələylə bağlı müraciətlərinə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq həssas yanaşıldığını qeyd edib. Bütün bunlara görə dövlət başçısına və Birinci vitse-prezidentə ailəsi adından təşəkkür edib.
Sonda şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.
     
     Allah xeyir versin!
Keçidlər