Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Araz Həbibovun məzarını ziyarət edib

10 oktyabr 2023 | 16:36

   Oktyabrın 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri şəhid Həbibov Araz Namiq oğlunun məzarını ziyarət ediblər. Anım günündə baş tutan ziyarət zamanı kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

    Qeyd edək ki, şəhid Araz Həbibov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Allah rəhmət eləsin!

 

Keçidlər