Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Aqşin İbadov, Etiram Hüseynli və Emil Şıxəlizadənin məzarlarını ziyarət edib

21 oktyabr 2023 | 11:03
   Oktyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhid İbadov Aqşin Nazim oğlunun, Şıxəlizadə Emil Şahin və Hüseynli Etiram Həsən oğlunun məzarını ziyarət ediblər. Anım günündə gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
    Şəhid mayor Aqşin İbadov ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
    Qeyd edək ki, şəhid Etiram Hüseynli ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və      "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
   Şəhid Emil Şıxəlizadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
   
   Allah rəhmət eləsin!
Keçidlər