Taleh Qaraşov şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin anım günündə iştirak edib
Oktyabrın 21-də Vətən müharibəsi şəhidləri İbadov Aqşin Nazim oğlunun, Şıxəlizadə Emil Şahin oğlunun və Hüseynli Etiram Həsən oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Boladi kənd, Gərmətük qəsəbə və “Kiçik Bazar” qəbristanlığındakı qəbrlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.
Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.
Allah rəhmət eləsin!





