Taleh Qaraşov şəhid Aqil Əkbərov, Vüqar Heydərov, Mirmusa Hüseynzadə və Məhəmməd Hüseynovun il dönümü mərasimində iştirak edib
Sentyabrın 20-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri ötən ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhid olan lənkəranlı hərbiçilərimiz Əkbərov Aqil Fayyəddin oğlu, Heydərov Vüqar Rəfail oğlu, Hüseynzadə Mirmusa Vüqar oğlu və Hüseynov Məhəmməd Şəfahət oğlunun il dönümü mərasimində iştirak ediblər.
Şəhidlərimizin Xolmili, Boladi, Viyən kənd və İstisu qəsəbə qəbiristanlığındakı məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. İcra başçı şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman onların yanlarında olduğunu bir daha vurğulayıb.
Şəhid yaxınları da öz növbəsində göstərilən həssas yanaşma və diqqətə görə təşəkkür edib, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Allah rəhmət eləsin!