Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid anasının yas mərasimində iştirak edib

11 dekabr 2023 | 14:44
    Dekabrın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov I Qarabağ müharibəsi şəhidi Həsənov Namiqin anası Həsənova Mehriban Əbdul qızının yas mərasimində iştirak edib. İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib, başsağlığı verib, onların qayğı və problemləri ilə maraqlanıb. Taleh Qaraşov dövlətin hər zaman bütün imkanları ilə şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
     Şəhidin ailə üzvləri göstərilən həssas münasibət və xüsusi qayğıya görə təşəkkürlərini bildiriblər, hər zaman dövlətin qayğısını hiss etdiklərinə görə isə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər