Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhid ailələrinin hüzr mərasimində iştirak edib

02 iyun 2026 | 17:03

    İyunun 2-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Birinci Qarabağ müharibəsi zamanı şəhid olan İqbal Həsənovun anası Əsmayə Həsənovanın və Vətən müharibəsi şəhidi Romir Əliyevin  babası Ağa Əliyevin hüzr mərasimində iştirak edib. İcra başçısı şəhidlərin ailə üzvlərinə başsağlığı verərək bildirib ki, Vətən uğrunda canından keçən igidlərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, Azərbaycan oğulları torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək tarix yazıblar və onların ailələrinə qayğı göstərmək hər birimizin mənəvi borcudur.

    Şəhid ailələrinin üzvləri də onlara göstərilən diqqət və ehtirama görə təşəkkür ediblər və bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər