Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov şəhid Afərin Qulamzadənin məzarını ziyarət edib

20 noyabr 2023 | 10:12
   Noyabrın 19-da şəhid Qulamzadə Afərin Müqəddəs oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri şəhidlərin məzarını ziyarət ediblər. Qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
   Qeyd edək ki, şəhid A.Qulamzadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına laiq görülüb.
 
    Allah rəhmət eləsin!
Keçidlər