Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov şəhər İcra hakimiyyəti başçısı aparatının baş mühasibi Rövşən İsgəndərlini pensiyaya çıxmasıyla bağlı qəbul edib

04 mart 2026 | 12:07

    Martın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov şəhər İcra hakimiyyəti başçısı aparatının İnzibati işlər sektorunun müdiri, baş mühasib Rövşən İşgəndərlini pensiyaya çıxması ilə bağlı qəbul edib.

    Taleh Qaraşov bildirib ki, uzun illər dövlət qulluğunda şərəflə, ləyaqətlə və böyük məsuliyyət hissi ilə çalışan R.İsgəndərli hər zaman dövlətçilik prinsiplərinə sədaqət, çalışdığı sahədə yüksək peşəkarlıq, dürüstlük və prinsipiallıq  nümayiş etdirib.

    İcra başçısı dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq təqaüdə çıxan R.İsgəndərlini təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, həyatının yeni mərhələsində uğurlar arzulayıb.

    R.İsgəndərli ona göstərilən yüksək etimada görə təşəkkür edib, bundan sonrakı həyatında da hər zaman dövlətçilik prinsiplərinə sadiq olacağını vurğulayıb və dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehrian xanım Əliyevaya təşəkkür edib.

    Daha sonra yubilyara dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və anadan olmasının 65 illik yubileyi ilə bağlı Lənkəran ŞİH başçısının Fəxri fərmanı təqdim edilib.

    Lənkəran ŞİH kollektivi olaraq həmkarımızı təbrik edirik, ona bundan sonrakı fəaliyyətində və həyatında uğurlar, can sağlığı arzu edirik.

Keçidlər