Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov Qurumba və Narbağı kəndlərinin sakinlərinin qayğı və problemlərini dinləyib

27 noyabr 2025 | 10:50

  Noyabrın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov razılaşdırılmış qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Qurumba və Narbağı kəndlərinin sakinləri ilə keçirib. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisələrin nümayəndələrinin görüş-qəbulda iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib.

  Taleh Qaraşov bildirib ki, səyyar görüşlərin yerlərdə keçirilməsində məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək və yerlərdə qaldırılan məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarını məlumatlandırmaqdır. Onun sözlərinə görə, XXI əsrin tələbi kimi elektron xidmətlərin əlçatanlığının təmin edilməsi istiqamətində də son illər olduqca mühüm addımlar atılıb, artıq vətəndaş evindən çıxmadan istənilən dövlət qurumuna müraciət edə bilir və onlar üçün belə imkan Lənkəran ŞİH-nin rəsmi saytında “Elektron Xidmətlər” bölməsində də yaradılıb.

  İcra başçısı səyyar görüş-qəbulda yerli sakinlər tərəfindən qaldırılan bütün məsələləri həssaslıqla dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən, ədalətli qaldırılan və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid bütün məsələlərin həlli ilə bağlı yerində göstərişlərini verib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanmasını və nəticəsinə dair vətəndaşların məlumatlandırılmasını səlahiyyətli şəxslərə tapşırıb.

  Qurumba və Narbağı kəndlərinin sakinlərivətəndaşla məmur arasındakı birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, elektron xidmətlərin yüksək səviyyədə inkişafı, habelə işlək olmasına və  qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini bildiriblər.

 

 

Keçidlər