Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar qəbulunu Separadi və Tükəvilə kəndlərinin sakinləri ilə keçirib

25 may 2023 | 10:19

   Mayın 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Separadi və Tükəvilə kəndlərinin sakinləri ilə keçirib. Tədbir öncəsi Taleh Qaraşov yolüstü Vilvan kəndinin şəhidlərinin xatirəsinə inşa olunan kompleksin önünə tər güllər düzüb, şəhid Zülfüqarlı Qalibin atası ilə söhbət edib, qayğıları ilə maraqlanıb.

    Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. T.Qaraşov dövlət başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurmasının önəmini vurğulayıb. Bildirilib ki, ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahı dayanır ki, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi sözügedən məqsədə xidmət edir.

    Kənd əhalisinin qaldırdığı bütün müraciətlər həssaslıqla dinlənilib, onların həlli istiqamətində aidiyyəti üzrə qurumlara tapşırıqlar verilib. İcra başçısı yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləciyini ifadə edib. Taleh Qaraşov dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.

    Kənd əhalisi hər kəsə fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətini və təşəkkürünü qeyd edib. Separadi və Tükəvilə sakinləri çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər