Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar qəbulunu Havzova kənd sakinləri ilə keçirib

11 noyabr 2022 | 12:32

   Vətəndaş məmnunluğunun təmin edilməsi üçün məmurların xalqın, yerli insanların arasında olmasına, onlarla birbaşa, vasitəsiz dialoq qurmasına zərurət var və bu, ölkə başçısı cənab İlham Əliyevin bütün vəzifəli şəxslər və dövlət qulluqçuları qarşısında qoyduğu əsas tələblərdəndir. Cənab Prezidentin bütün göstəriş və tələblərini gündəlik fəaliyyətində rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü noyabrın 10-da Havzova kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra icra başçısı noyabrın 8 və 9-da baş tutan, təntənə ilə qeyd etdiyimiz Zəfər Günü və Bayraq Günü bayramları münasibətilə yerli insanları təbrik edib. Bildirilib ki, tariximizdə şanlı, özünəməxsus yeri olan hər iki bayramımız mahiyyət etibarılə bir-birini tamamlayır. Zəfər Günü üç rəngli bayrağımızın daim suveren ərazilərimizdə dalğalanması uğrunda canını fəda edən şəhidlərimizin ruhlarının şad olduğu gündür. Canımız olan Dövlət Bayrağımız isə məhz şəhidlərimizin qanı hesabına qazandığımız “Zəfər”in sayəsində azad olunan torpaqlarımızda əzəmətli, məğrur, qalib Bayraq olaraq dalğalanır. “Dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurətini yaradır” deyən icra başçısı vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılması üçün qəbul-görüşlərin keçirildiyini vurğulayıb. Taleh Qaraşov bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsən onun nəzarəti altındadır.

    Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Havzova kəndinin sakinləri onları narahat problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə T.Qaraşova minnətdarlıqlarını ifadə ediblər.

     Yerli insanlar çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə göstərdikləri xüsusi diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını vurğulayıblar.

 

Keçidlər