Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Viyən kəndində keçirib

22 iyun 2023 | 12:04

    Ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerli icra hakimiyyətlərinin başçıları əhalinin qayğı və problemlərinin öyrənilməsi, vətəndaşlarla birbaşa canlı və maneəsiz dialoqun qurulması və onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin müsbət həlli üçün yerlərdə səyyar qəbul-görüşlər keçirirlər. İyunun 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Viyən kənd inzibati ərazi dairəsinin vətəndaşları ilə keçirdiyi görüş də insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədini daşıyıb. Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında yerli insanlarla iki sevindirici xəbəri bölüşüb. Onun sözlərinə görə, artıq Viyən kənd tam orta məktəbin binasının tikinti layihəyəsi təsdiqlənib və bu il ərzində 432 şagird yerlik yeni təhsil ocağının tikintisinə başlanılacaq. Digər sevindirici xəbər isə Viyən kənd yolunun əsaslı təmir olunması ilə bağlıdır ki, sözügedən istiqamətdə də bu il ərzində müvafiq addımlar atılacaq. Taleh Qaraşov bütün bunların dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı nəticəsində olduğunu vurğulayıb: “Qarabağda və Şərqi Zəngəzurda geniş abadlıq-quruculuq işləri aparılır, dövlət bütün potensial imkanlarını Qarabağı yenidən dirçəltməyə səfərbər edib. Bununla yanaşı, digər rayonların davamlı iqtisadi-sosial inkişafı, habelə quruculuq-abadlıq işlərinin tempi qorunur və bütün bunlar ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir”.

    Taleh Qaraşov yerlərdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün gərəkli olan bütün imkanların olduğunu diqqətə çatdırıb, ictimai və ev təsərrüfatları istehsalının qurulması üçün işçi qüvvəsinin, əmək cisimlərinin və əmək vasitələrinin təminatında heç bir problemin olmadığını qeyd edib.

  Qəbul-görüşdə Viyən sakinləri tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə həllini tapıb, icra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.

   Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Viyən kəndinin sakinləri onları narahat problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə, habelə onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə rayon rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

   Yerli insanlar çıxışlarında son dövrlərdə ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd ediblər. Viyən sakinləri yeni məktəb binasının tikintisi və kənd yolunun əsaslı təmir olunması xəbərini sevinclə qarşılayıblar və buna görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını vurğulayıblar.

 

 

 

Keçidlər