Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Vilvan kəndinin sakinləri ilə keçirib

01 mart 2023 | 17:25

   İnsanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması, dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi və birbaşa dialoqun inkişaf etdirilməsi üçün yerlərdə həyata keçirilən səyyar qəbul-görüşlər xüsusi önəmə malikdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun Vilvan kəndinin sakinləri ilə keçirdiyi növbəti görüş də bu məqsədə xidmət edib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

    Lənkəran ŞİH-nin başçısı bildirib ki,  səyyar qəbul-görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat və şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. Yerlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərə həssaslıqla yanaşıldığını vurğulayan Taleh Qaraşov qeyd edib ki, səsləndirilən hər bir məsələnin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq formada cavablar verilir.

    Kənd camaatı da rayon rəhbərliyi ilə birbaşa dialoq qurmaqdan məmnun olduqlarını bildiriblər. Hər zaman qaldırılan məsələlərin həlli istiqamətində operativ və nəticəyə yönəlik addımların atılmasından məmnunluq qeyd olunub.

     Lənkəranda görülən işlərin, həyata keçirilən sosial layihələrin digər rayonlar üçün nümunə təşkil etdiyi və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkür ifadə edilib.

Keçidlər