Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib

30 avqust 2023 | 10:45

   Vətəndaşların sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi, müraciətlərinə baxılması üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi istiqamətində dövlət başçısının xüsusi tapşırıq və tövsiyələri insanların yerlərdəki qayğı və problemlərinin dinlənilməsinə, həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablanıb. Cənab Prezidentin bütün göstəriş və tələblərini gündəlik fəaliyyətində rəhbər tutan Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar qəbul-görüşünü avqustun 29-da Şürük kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər. T.Qaraşov yerli insanların sual və müraciətlərini səbr və təmkinlə dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlərin həlli üçün yerindəcə göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həllindən ötrü aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmasını səlahiyyətli şəxslərə tapşırıb. Açıq dialoq formatında baş tutan görüşdə sakinlər dövlət idarələrinin və bütün xidmət sahələrinin nümayəndələrinin səyyar görüşdə iştirakının qaldırdıqları problemlərin yerindəcə həllinə köməklik etdiyini vurğulayıblar. Yerli sakinlər vətəndaşlara göstərilən diqqət və qayğının son dövrlər daha da artmasına, qaldırdıqlarına məsələlərə operativ və həllə yönəlik addımların atılmasına və ölkəmizdə sosial-iqtisadi layihələrin uğurlu tətbiqi nəticəsində gündəlik həyat səviyyələrinin hiss olunacaq səviyyədə yaxşılaşmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını vurğulayıblar.

 

Keçidlər