Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Ləj kəndinin sakinləri ilə keçirib

12 oktyabr 2023 | 12:09

   Oktyabrın 11-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Ləj inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar-qəbul görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. İcra başçısı ötən qəbul-görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. Bildirilib ki, icra hakmiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər həllini tapıb. Taleh Qaraşov qeyd edib ki, son dövrlərdə ölkəmizdə sosial-iqtisadi vəziyyət günü-gündən sürətlə inkişaf edir, dayanıqlı iqtisadi inkişafın təmin olunması yönündə müxtəlif addımlar atılır, insanların rifah halının yaxşılaşdırılması üçün çoxsaylı sosial yönümlü layihələr həyata keçirilir və bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məqsəqyönlü siyasətinin real məntiqi nəticəsidir.

  Daha sonra Taleh Qaraşov Ləj sakinləri tərəfindən qaldırılan müraciətləri səbr və diqqətlə dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin qanunvericiliyin tələblərinə uyğun ən qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlarını verib. Qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.

  Ləj kəndinin sakinləri fikir və istəklərini maneəsiz, könüllü şəkildə rayon rəhbərliyinə çatdıra bildiklərinə və qaldırdıqları məsələlərin həllindən ötrü səmimi yanaşma gördüklərinə görə icra başçısına təşəkkür ediblər.

    Yerli insanlar məmur-vətəndaş münasibətlərindəki birbaşa dialoq mühitinin günü-gündən inkişaf etdiyini, ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar və buna görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər