Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Kosalar kənd inzibati ərazi dairəsində keçirib

27 iyul 2023 | 10:57
   İyulun 26-da insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Kosalar kənd inzibati ərazi dairəsinin vətəndaşları ilə qəbul-görüş keçirib. Səyyar qəbulda icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Taleh Qaraşov çıxışında bildirib ki, qarşılıqlı etimad və inamın davamlı olması üçün münasibətlərdə birbaşa, vasitəsiz və maneəsiz dialoqun varlığı ən vacib məsələdir. Onun sözlərinə görə, canlı mexanizim kimi dövlət də hər zaman vətəndaşı ilə qarşılıqlı dialoq qurmaq marağındadır və cənab Prezident İlham Əliyevin də ali siyasi iradəsi sosial dövlət quruculuğu və insan amilinin ön planda olması istiqamətindədır. İcra başçısı qeyd edib ki, dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşılır, dərindən təhlil edilir, qaldırılan məsələlər ümumiləşdirilir, həlli üçün uyğun mexanizmlər və təkliflər irəli sürülür. Taleh Qaraşov əhalinin həssas təbəqələrinə qarşı dövlətin hər zaman diqqət göstərdiyini, onların qayğı və problemlərini nəzarətdə saxladığını vurğulayıb. Icra başçısı səyyar qəbulda qaldırılan icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verib. Bundan başqa, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb.
   Kosalar və Bala Şürük kəndlərinin əhalisi hər kəsə fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnun olduqlarını vurğulayıblar. Sakinlər çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər