Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

  Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Girdəni kəndinin sakinləri ilə keçirib

27 oktyabr 2022 | 11:46

     Yerlərdə vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü oktyabrın 26-da Girdəni kəndinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

   Torpaqlarımızın azadlığı, suveren hüquqlarımızın bərpası və sərhədlərimizin toxunulmazlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbiri giriş sözü ilə açan T.Qaraşov dövlətimizin başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində məmurların yerlərdə insanlarla üzbəüz dialoq qurmasının önəmini qeyd edib. Şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına qarşı həssaslığı ilə seçilən T.Qaraşov onların hər biri ilə yaxından maraqlanıb, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müraciət olunması barədə göstərişlərini verib. Kənd əhalisinin qaldırdığı bütün müraciətlər həssaslıqla dinlənilib, yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağı və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyi  qeyd edilib. İcra başçısı dövlətimizin Vətən müharibəsindən sonra beynəlxalq müstəvidə daha güclü siyasi institut kimi qəbul edildiyini və regional siyasi gücə çevrildiyini vurğulayıb. Taleh Qaraşov bildirib ki, heç bir ölkə və beynəlxalq qurumdan borc almadan daxili imkanlar hesabına Qarabağda nəhəng quruculuq işlərinin aparılması, qlobal iqtisadi böhran fonunda vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində maaş və pensiyaların mütəmadi artırılması, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına xüsusi qayğı və yanaşmanın ortaya qoyulması Azərbaycan dövlətinin gücünün və cənab Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasətinin nəticəsidir. Ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını vurğulayan natiq qeyd edib ki, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilməsi, habelə əhəmiyyətli dərəcədə genişlənməsi və sosial təminat sisteminin dəfələrlə güclənməsi sözügedən məqsədə xidmət edir.

      Qarşılıqlı açıq dialoq şəklində baş tutan qəbul-görüşdə Girdəni kəndinin sakinləri onları narahat edən problemləri birbaşa icra başçısına söyləyə bildiklərinə və onların həllindən ötrü səmimi yanaşma gördüklərinə görə T.Qaraşova minnətdarlıqlarını ifadə ediblər. Yerli sakinlər məmur-vətəndaş münasibətlərindəki yeni yanaşmanın, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində insanın hüquq və azadlığının yüksək səviyyədə təmin olunmasının və qorunmasının, sosial dövlət quruculuğu prosesinin intensiv xarakter almasının və vətəndaşın sosial rifah halının dayanıqlı olmasının cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri sayəsində mümkün olduğunu və bütün bunlara görə onlara təşəkkür və minnətdarlıqlarını vurğulayıblar.

 

Keçidlər