Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar görüşünü Viravul kəndinin sakinləri ilə keçirib

20 yanvar 2023 | 12:28

   Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Viravul kəndinin sakinləri ilə keçirib. İcra başçısı tədbirin keçirildiyi Viravul kənd 2 nömrəli tam orta məktəbin həyətində şəhidlərimizin xatirəsinə inşa olunan xatirə kompleksinin önünə tər güllər düzüb, hörmət və ehtiramını ifadə edib.

   Giriş nitqi ilə çıxış edən Taleh Qaraşov bildirib ki, vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan vacib məsələlərdəndir. Yerlərdə vətəndaşların müraciətlərinə birbaşa və vasitəçi olmadan baxılması üçün belə görüşlərin əhəmiyyətindən danışan icra başçısı  yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini ifadə edib.

   Qeyd edək ki, səyyar qəbul-görüşdə icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

   Kənd əhalisinin qaldırdığı çoxsaylı müraciətlər həssaslıq, səbir və təmkinlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər yerindəcə həllini tapıb, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə qurumlara rəsmi müraciətlərin ünvanlanması tapşırıqları verilib.

  T. Qaraşov dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb.

  Kənd əhalisi də hər kəsə fikir və istəklərini sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini və təşəkkürlərini ifadə ediblər. Yerli sakinlər çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər