Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar görüşünü Vel və Siyavar kəndlərinin sakinləri ilə keçirib

03 noyabr 2022 | 12:07

     Dövlətin sosial-siyasi funksiyası kimi dövlət idarəetməsi davamlı inkişafın, rifahın və məmnunluq səviyyəsinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Tələbat və fəaliyyət formalarının uzlaşdırılması vasitəsilə həyata keçirilən idarəetmə hər dövrün öz obyektiv zərurətindən irəli gələn modellər və metodlar əsasında həyata keçirilir. Dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurətini yaradır. Noyabrın 2-də Lənkəran ŞİH başçısı Taleh Qaraşovun Siyavar kənd inzibati ərazi dairəsində keçirdiyi səyyar qəbul-görüş də məhz yuxarıda sadalanan məqsədlərə xidmət edib. İcra hakimiyyəti aparatının məsul şəxslərinin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, eyni zamanda, yerli idarə və müəssisələrin nümayəndələrinin qəbul-görüşdə iştirakı qaldırılan məsələlərin həllinə daha çevik yanaşmanı təmin edib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu qəbul-görüşdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, vətəndaşların müraciətlərinə baxılması, sosial-iqtisadi vəziyyətlərinin öyrənilməsi, fikir və təkliflərinin dinlənilməsi üçün məmur və vətəndaş arasındakı birbaşa dialoq mühitinin inkişaf etdirilməsi demoktarik dəyərlərin, habelə vətəndaş cəmiyyətinin tərəqqisi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısının bu yöndəki xüsusi tövsiyə və tapşırıqları insanların yerlərdəki qayğılarının, problemlərinin dinlənilməsinə və həlli istiqamətində qanunamüvafiq addımların atılmasına hesablanıb. Ərazidəki şəhid ailələrinin üzvlərinin, müharibə iştirakçılarının hər birinin qayğı və problemlərini dinləyən T.Qaraşov qaldırılan məsələlərin həllindən ötrü yerindəcə tapşırıq və tövsiyələrini verib. Yerli insanlar da çıxışlarında rayon rəhbərliyi ilə maneəsiz və birbaşa dialoq qura bildikləri üçün minnətdarlıqlarını ifadə ediblər, qaldırdıqları məsələlərin həllinə ən qısa zamanda nail olacaqlarına inandıqlarını bildiriblər.

Keçidlər