Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar görüşünü Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib

15 sentyabr 2022 | 12:16

    Dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, qarşılıqlı açıq dialoq mühitinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi zərurətini yaradır. Yerlərdə insanlarla birbaşa açıq dialoqun qurulması, vətəndaşların qayğı və problemlərinin dinlənilməsi məqsədilə senytabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüş torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, eyni zamanda yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov öncəliklə şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qayğı və problemlərini dinləyib, onların həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlarını verib. Taleh Qaraşov dövlətin hər zaman şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına həssaslıqla yanaşdığını və sözügedən məsələnin cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi nəzarətində olduğunu qeyd edib. Sentyabrın 12 və 13-də Ermənistan ordusunun dövlət sərhəddimizdə törətdiyi təxribatlar nəticəsində ümumilikdə 50 nəfər vətəndaşımızın, o cümlədən bir nəfər Lənkəran rayon sakininin şəhid olduğunu vurğulayan icra başçısı şəhid valideynlərinin göstərdiyi dəyanət və vüqarlı duruşlarına görə onlara minnətdarlığını ifadə edib: “Qəhrəman övladı yalnız qəhrəman valideyn böyüdüb tərbiyə edə bilər. Atasız övlad böyüdən ana vüqarlı duruşu ilə övladının tabutunu qollarında son mənzilə yola salırsa, övlad acısını bağrına basıb Vətən sağ olsun deyirsə, bu xalqı və dövləti heç bir qüvvə məğlub edə bilməz. Cənab Prezidentin də vurğuladığı kimi şəhidlərimizin qanı yerdə qalmadı”. T. Qaraşov yerli insanları narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini qeyd edib. İcra başçısı dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Qarşılıqlı dialoq formatında keçən qəbul-görüşdən yerli insanlar məmnunluqlarını ifadə ediblər. Kənd sakinləri vətəndaşla dövlət məmuru arasındakı yeni və birbaşa dialoq mühitinin formalaşmasına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırdıqları istənilən məsələyə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına, habelə hazırda dünyanın ərzaq qıtlığı ilə mübarizə apardığı bir dövrdə ölkəmizdə belə halın baş verməməsinə görə  dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər