Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Zövlə kəndinin sakinləri ilə keçirib

26 yanvar 2024 | 12:40

      Yanvarın 25-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (ŞİH) Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Zövlə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.  İcra başçısı ilə birgə səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər. ŞİH başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində və qanunvericiliyə uyğun olaraq qaldırılan məsələlərin həll olunduğunu, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin ünvanlandığını qeyd edib. Dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq səyyar görüşlərin keçirildiyini vurğulayan Taleh Qaraşov səyyar qəbulda qaldırılan bütün müraciətlərin şəxsi nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, səyyar görüşlər vətəndaşların qayğı və problemlərinin dinlənilməsi və onların həllilə bağlı müvafiq addımların atılmasına xidmət edir.  

     Dövlətə və dövlətçiliyə bağlı olan Zövlə kəndinin sakinləri qaldırılan məsələlərə operativ yanaşma ortaya qoyulduğu, fikir və istəklərini sərbəst ifadə etməyə tam şərait yaradıldığı üçün icra başçısına təşəkkür ediblər. Zövlə sakinləri çıxışlarında dövlət başçısı cənab İlham Əliyevin kəskin hava şəraitinə baxmayaraq Lənkəran rayonuna səfərini təxirə salmamasının lənkəranlılara göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıblar. Yerli insanlar cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial-iqtisadi sahəyə göstərdikləri xüsusi diqqət nəticəsində insanların rifah halının yaxşılaşdığını bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər