Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Nərimanabad qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib

14 mart 2024 | 11:58

     Martın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Nərimanabad qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib. Səyyar görüş-qəbulda rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. İcra başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli insanlara məlumat verib.

     Taleh Qaraşov əhalinin həssas təbəqəsindən olan insanları dinləyib və qayğılarıyla maraqlanıb. Səyyar görüş-qəbulda qəsəbə əhalisini narahat edən və yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan ədalətli qaldırılan bütün məsələlər yerində həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlərin ünvanlanması səlahiyyətli şəxslərə tapşırılıb.

     Qəsəbə sakinləri fikir və istəklərini maneəsiz rayon rəhbərliyinə çatdırıblar. Yerli insanlar qaldırdıqları məsələlərin həllinə yönəlik səmimi yanaşmadan məmnun qalıblar. Nərimanabad sakinləri vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunmasına, ölkədə sosial-iqtisadi inkişafın yüksələn sürətlə artmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər