Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov müharibə veteranı Ramal Baxşızadənin toy şənliyində iştirak edib

25 aprel 2023 | 17:03

    Aprelin 24-də Vətən müharibəsi iştirakçısı Baxşızadə Ramal Elşən oğlunun toy şənliyi keçirilib. Toy mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və icra hakimiyyətinin kollektivi, habelə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranının döyüşçü yoldaşları iştirak ediblər. İcra başçısı yeni ailə quran cütlüyə xoşbəxtlik və ailə səadəti arzulayıb. Taleh Qaraşov icra aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışan Ramal Baxşızadənin toy şənliyində şəhid ailələrinin üzvlərinin, qazilərin, eləcədə onun silahdaşlarının iştirakını yüksək dəyərləndirib. Bildirilib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstəriş və tapşırıqlarına uyğun olaraq istər şəhid ailələrin üzvlərinə, istər qazilərə, istərsə də müharibə veteranlarına göstərilən qayğı və diqqət davamlı xarakter daşıyır. “Bu, bizim mənəvi borcumuzdur” deyən Taleh Qaraşov qeyd edib ki, dövlətimiz və xalqımız var olduğu müddətdə sözügedən kateqoriyadan olan insanlara həssas yanaşma davam edəcək. İcra başçısı müharibə veteranının toy şənliyində rəqs edib və xatirə şəkilləri çəkdirib.            

     Qeyd edək ki, Ramal Baxşızadə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Müharibə iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Müharibə veteranı Ramal Baxşızadəni Lənkəran Şəhər İcra Hakimiyyətinin kollektivi olaraq təbrik edir, ona ailə səadəti və xoşbəxtlik arzu edirik.

Keçidlər