Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə xanımı qəbul edib

19 noyabr 2026 | 17:29

  Noyabrın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov  Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurovanı qəbul edib.

  İcra başçısı bildirib ki, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla yad edilir. Taleh Qaraşov şəhid ailələrinə və Milli Qəhrəmanlarımızın ailə üzvlərinə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayıb, Pəncəli Teymurovun anasına diqqət və ehtiramını ifadə edib,  onun qayğı və problemləri ilə maraqlanıb. 

  Milli Qəhrəmanın anası səmimi qəbula görə icra başçısına təşəkkür edib, şəhid ailələrinə göstərilən yüksək diqqət və dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər