Taleh Qaraşov Milli Qəhrəman Əsgər Əliyevin doğum günündə abidəsini ziyarət edib
Dövlətin ərazi bütövlüyü, suveren hüquqlarımızın bərpası, torpaqlarımızın azadlığı, sərhədlərimizin toxunulmazlığı və konstitusiya quruluşunun dəyişdirilməsinə qarşı mübarizədə canını fəda edən qəhrəman Vətən övladlarının xatirəsinin əziz tutulması daim diqqət mərkəzindədir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov noyabrın 8-də Milli Qəhrəman Əliyev Əsgər Ələkbər oğlunun doğum günündə abidəsini ziyarət edib, önünə tər güllər düzüb. Şəhid atası ilə yaxından söhbət edən Taleh Qaraşov dövlətimizin hər zaman onların yanında olduğunu qeyd edib. İcra başçısı bildirib ki, dövlət və dövlətçiliyimizin müdafiə uğrunda canından keçən hər kəsin xatirəsinə hörmət və ehtiramın göstərilməsi mənəvi borcumuzdur. Milli Qəhrəmanın atası Ələkbər Əliyev də ən ali səviyyədə şəhidlərimizə göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib. Bildirilib ki, dövlət hər zaman onların yanında olub, bütün problem və qayğıları daim diqqətdə saxlanılıb. Milli Qəhrəmanın atası bütün bunlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını vurğulayıb.
Allah rəhmət eləsin!