Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Taleh Qaraşov lənkəranlı Dünya çempionu Vadim Əkbərovu qəbul edib

05 noyabr 2025 | 10:58
  Noyabrın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov 26 oktyabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən qol güləşi (armwrestling) üzrə dünya çempionatında birinci yerə çıxaraq Azərbaycan bayrağını zirvəyə qaldıran lənkəranlı idmançı Vadim Əkbərovu qəbul edib. 
 Qeyd edək ki, Vadim Əkbərov eyni zamanda 10 qat Azərbaycan və Avropa çempionudur, Lənkəranda məşqçi-müəllim fəaliyyətilə məşğul olur və onlarla gənc yetirməsi var.
 Taleh Qaraşov lənkəranlı idmançıya Dövlət Bayrağımızı idman arenalarında ucaltdığına və Dövlət Himnimizi səsləndirdiyinə görə təşəkkür edib. İcra başçısı idmanla məşğul olmağın pis vərdişlərdən uzaq qalınması üçün ən yaxşı vasitələrdən olduğunu qeyd edib, ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi üçün dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışıb, idmanın inkişafı və idmançılara olan qayğının ən yüksək səviyyədə olduğunu bildirib, peşəkar idmançıların yetişməsi üçün bütün lazımi şəraitin yaradıldığını, onların tam qayğı ilə əhatə olunduqlarını qeyd edib.
  Dünya çempionumuz Vadim Əkbərovda öz növbəsində səmimi qəbula və idmançıların şəhər İcra hakimiyyətinin hər zaman diqqət və qayğısını hiss etdiklərinə görə Lənkəran ŞİH başçısına təşəkkür edib.
  Dünya çempionu dövlət tərəfindən idmançıların fəaliyyətlərinə verilən yüksək qiymətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
 Sonda Vadim Əkbərova idmanda qazandığı yüksək nailiyyətlərə və idmanın kütləviliyinin təbliği sahəsindəki fəaliyyətinə görə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.
Keçidlər