Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Lənkəranda utilizasiya zavodunun tikintisi ilə bağlı çexiyalı investorları qəbul edib

16 sentyabr 2023 | 16:34

   Sentyabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Çexiyadan gələn bir qrup investoru növbəti dəfə qəbul edib. İcra başçısı qonaqlara Lənkəranın təbiəti, coğrafi mövqeyi, sosial-iqtisadi ikişafı və investisiya imkanları barədə geniş məlumat verib. Taleh Qaraşov “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq yüksək keyfiyyətli ekoloji mühitin yaradılmasından ötrü tullantıların səmərəli idarə olunmasının önəmindən danışıb.

  Görüşdə investorlara Lənkəran rayonu ərazisində ətraf rayonlarda da formalaşan bərk məişət tullantılarının utilizasiyasının həyata keçirilməsindən ötrü müasir regional tullantı emalı müəssisəsinin tikilməsi müzakirə edilib və bu istiqamətdə təqdim olunan layihə ətrafında fikir mübadiləsi aparılıb.

  Çexiyalı investorlar utilizasiya zavodunun tikintisində maraqlı olduqlarını və rentabelliklə bağlı dəqiqləşdirmələri apardıqdan sonra belə bir layihəyə başlamaq niyyətlərini ifadə ediblər.

Keçidlər