Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov LDU-da keçirilən “Məzun günü”ndə iştirak edib

29 iyun 2024 | 17:00
     İyunun 28-də Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra LDU rektoru, professor Natiq İbrahimov ali təhsil ocağının uğurlarından danışıb. N.İbrahimov bildirib ki, son 8 ildə tələbələrin sayı 3 dəfəyə yaxın artıb, LDU-da istər maddi texniki bazanın müasirləşdirilməsi, yeni təhsil korpusunun və yataqxananın tikilməsi, istər kadr hazırlığının təkminləşdirilməsi, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, təhsil şəraitinin inkişaf etdirilməsi, istərsə də pedoqoji kollektivin sosial-iqtisadi vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atılıb.
    Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov bildirib ki, Azərbaycanın gənclər siyasətinin müəllifi və banisi kimi Ulu Öndər gənclərə hər zaman böyük qayğı və sevgi ilə yanaşıb. Qeyd olunub ki, bu gün Azərbaycanda da gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur və Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizdə gənclər siyasəti dövrün tələblərinə uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır, Ulu Öndər tərəfindən formalaşdırılan gənclər siyasətinin baza və ideoloji prinsipləri cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Gənclik hər bir ölkənin gələcəyinin təməlini təşkil edir” deyən icra başçısı dövlətin də öz növbəsində gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsini milli prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, LDU-nun regionun sosial-mədəni inkişafında rolu böyükdür və kadr təminatını əsasən sözügedən təhsil ocağı qarşılayır. Taleh Qaraşov məzunlara can sağlığı və hər birinin vətənpərvər, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində əzmli fəaliyyət göstərməsini arzu edib.
    Tədbirdə millət vəkili Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, valideyn Xanımnaz Əliyeva, məzunlardan Sevda Hüseynova, Aytəkin Ağazadə çıxışlarında məzunlara xoş arzularını çatdırıblar, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.
    Daha sonra məzunlar mükafatlandırılıb, diplomlar təqdim edilib. İctimai fəallığı ilə seçilən məzunların və tələbələrin bir qrupuna təşəkkürnamələr, fəxri-fərmanlar, diplomlar və xatirə hədiyyələri verilib.
Tədbirdə Lənkəran Dövlət Universiteti tələbələrinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müsiqiçilərinin ifasında konsert proqramı, rəqslərlər təqdim olunub.
Keçidlər