Taleh Qaraşov Kərgəlan kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib
02 dekabr 2023 | 12:19
Dekabrın 1-də Lənkəran ŞİH başçısı Taleh Qaraşovun qrafikə uyğun olaraq cari ildə Kərgəlan kənd inzibati ərazi dairəsinin sakinləri ilə ikinci səyyar qəbul-görüşünü keçirib. Görüş-qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, əlaqədar təşkilatların və xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. Onun sözlərinə görə, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün obyektiv qaldırılan məsələlər həllini tapıb, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər edilib, bununla bağlı vətəndaşlar məlumatlandırılıblar. İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə əhalinin müxtəlif zümrələri ilə görüşlərin keçirilməsi vətəndaş məmur münasibətlərində birbaşa dialoq mühitinin daha da inkişaf etdirilməsinə, qaldırılan məsələlərin ümumiləşdirilmiş şəkildə dövlət başçısına çatdırılmasına, habelə sözügedən məsələlərin həlli ilə bağlı mümkün mexanizimlərin işlənib hazırlanmasına xidmət edir.
Səyyar görüş-qəbulda iştirak edən sakinlər onları narahat edən ümumi və şəxsi problemlərini rahat və birbaşa şəhər İcra hakimiyyətinin başçısına çatdıra bildiklərinə, qaldırdıqları məsələnin həllinə yönəlik səmimi münasibət gördüklərinə və habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.