Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Kənarmeşə kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib

07 mart 2024 | 11:05

   Martın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq Kənarmeşə kənd inzibati ərazi dairəsinin sakinləri ilənövbəti səyyar görüş-qəbul keçirib. Qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

   Lənkəran ŞİH başçısı Taleh Qaraşov ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandırıb. Bildirib ki, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli şəkildə qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlərə dair aidiyyəti üzrə yuxarı qurumlara müraciətlər ünvanlanıb və bu barədə vətəndaşlara qanunvericiliyə uyğun olaraq cavablar verilib. İcra başçısı yerlərdə səyyar görüş qəbulların önəmindən danışaraq qeyd edib ki, bu səpkili görüşlərdə vətəndaşı birbaşa dinləmək, onları narahat edən problemləri maneəsiz öyrənmək mümkündür. Onun sözlərinə görə, vətəndaşla birbaşa dialoq qaldırılan məsələlərin daha ədalətli və obyektiv həllinə imkan yaradır ki, bu da nəticədə vətəndaş məmnunluğunun təmin olunmasına öz töhfəsini verir.

  Yerli sakinlər onlara göstərilən səmimi davranışdan və qaldırdıqları məsələlərə həssas yanaşmadan razı qalıblar. Kənarmeşə kənd inzibati ərazi dairəsinin sakinləri son dövrlərdə vətəndaş-məmur münasibətlərindən,  qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasından məmnun olduqlarına və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

 

Keçidlər