Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov II qrup Vətən müharibəsi əlili Rövşən İbadlının toy şənliyində iştirak edib

29 aprel 2023 | 10:51

     Aprelin 28-də Lənkəran rayonundan olan daha bir Vətən müharibəsi əlili ailə həyatı qurub. Ürgə kənd sakini II qrup Vətən müharibəsi əlili İbadlı Rövşən Nəhmət oğlunun toy şənliyində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və icra hakimiyyəti aparatının kollektivi də iştirak edib. İcra başçısı yeni ailə quran cütlüyə xoşbəxtlik, ailə səadəti arzu edib. Taleh Qaraşov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə əlillərinə göstərdiyi diqqət və qayğıdan danışıb, dövlətin hər zaman onların yanlarında olduğunu vurğulayıb. Bildirilib ki, istər şəhid ailələrinin üzvlərinin, istərsə də müharibə əlillərinin tam qayğıyla əhatə olunması Lənkəran ŞİH-nin gündəlik fəaliyyət istiqamətlərindəndir. Taleh Qaraşov qeyd edib ki, sözügedən kateqoriyadan olan vətəndaşlarımıza qayğı və diqqət göstərilməsi hər şeydən öncə mənəvi məsələdir:”Bu gün məhz şəhidlərimizin canı, qazilərimizin qanı, əsgərlərimizin şücaəti nəticəsində başı dik gəzirik, ona görə də hər kəsin borcudur ki, onlara xüsusi həssaslıqla yanaşsın”.

     Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rəqs edib və xatirə şəkilləri çəkdirib.Qeyd edək ki, R.İbadlı dövlət başçısının sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

     Allah xeyir versin!

Keçidlər