Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Havzova kənd inzibati ərazi dairəsinin sakinlərinin qayğı və problemlərini dinləyib

08 may 2025 | 12:07

     Mayın 7-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov  yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar görüş-qəbulunu qrafikə uyğun olaraq Havzova kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

    Taleh Qaraşov bildirib ki, dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin formalaşmasının baza prinsiplərini təşkil edən davamlı inkişaf, rifah və məmnunluq səviyyəsinin təmin olunması istiqamətində ölkədə mütəmadi addımlar atılır. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətdə insan amilini önə çəkməsi, vətəndaş-dövlət münasibətlərinə yeni yanaşmanı gətirməsi və məmurlar qarşısında sözügedən istiqamətdə ciddi tələblər qoyması insanların rifah içində, ədalətli toplumda və demokratik dəyərlərin daha güclü olduğu vətəndaş cəmiyyətində yaşamasına xidmət edir.

     Heç bir müraciətin diqqətdən kənar qalmadığını vurğulayan Taleh Qaraşov yerlərdə keçirilən səyyar görüşlərin vətəndaşla vəzifəli şəxslər arasında birbaşa dialoqun qurulmasına, mövcud problemlərin, çatışmamazlıqların həlli üçün yeni imkanların və çözüm yollarının müəyyən edilməsinə rəvac verdiyini vurğöulayıb. 

   Görüş-qəbulda Havzova kəndinin sakinləri qaldırdıqları problemlərin həllinə yönəlik səmimi yanaşma gördüklərinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.

     Havzova kənd inzibati ərazi dairəsinin sakinləri çıxışlarında məmur-vətəndaş arasındakı münasibətlərin daha şəffaf olmasına, qaldırılan problemlərə operativ və nəticəyə yönəlik yanaşma ortaya qoyulmasına, sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşmasına görə  cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər